«Türk Hava Yolları» yanvarın 13-dən Qazaxıstana uçuşları bərpa edəcək

Türkiyənin «Türk Hava Yolları» aviaşirkəti yanvarın 13-dən Qazaxıstana uçuşları bərpa edəcək.

Trend-in məlumatına görə, bunu şirkətin baş direktoru Bilal Ekşi «Twitter» səhifəsində yazıb.

«Yanvarın 13-dən Nur-Sultana, yanvarın 14-dən Aktauya, yanvarın 15-dən Türküstana uçuşlar başlayacaq» — deyə o bildirib.

Qeyd edək ki, Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi Nur-Sultan şəhərinə «Lufthansa» və «Türk Hava Yolları» istisna olmaqla digər aviaşirkətlərin uçuşları bərpa etdiyini açıqlamışdı.