Sudanda keçirilǝn etiraz aksiyalarında ölǝnlǝrin sayı 63 nǝfǝrǝ çatıb

Sudanda mülki idarənin tələbi ilə keçirilən etiraz aksiyalarına  təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində ölənlərin sayı 63 nǝfǝrǝ  yüksəlib.

LAF TV.az  “TRT Azərbaycana”a istinadən məlumatına görə,Sudan Mərkəzi Həkimlər Komitəsindən verilən mǝlumata görǝ,  bazar günü keçirilǝn etiraz aksiyasında 16 yaşlı bir nümayişçi hǝyatını itirib.

Mǝlumatda qeyd olunub ki,  ordunun hakimiyyəti ələ keçirmǝsindǝn sonra başlayan etiraz aksiyaları zamanı hǝyatını itirǝnlǝrin sayı 63 nǝfǝrǝ yüksǝlib.