Su anbarının gözətçisi təsadüfən 10 metrlik ixtiozavrın skeletini tapıb

Böyük Britaniyanın Ratlend qraflığındakı su anbarında aparılan lər zamanı obyektin gözətçisi təsadüfən ixtiozavr qalıqları aşkar edib.

 

Moderator.az bildirir ki, bu barədə “BBC” məlumat yayıb. Gözlənilməz kəşf Ratlend təbii su anbarının əməkdaşı Co Devis tərəfindən 2021-ci ilin fevralında planlaşdırılmış işlər zamanı aşkar edilib. O, suyun səviyyəsinin aşağı olduğunu və sahillərdən birinin yaxınlığında qeyri-adi mənzərənin diqqətini çəkdiyini bildirib. “Mən palçığa batmış qabarıq daş kimi görünən şeylərə baxdım və onların canlı olduğunu düşündüm. Sonra biz çənə sümüyünü xatırladan bir şey gördük», — deyə Devis xatırlayır.

Devis və onun həmkarları tapıntı barədə Ratlend qraflığının şurasına məlumat veriblər, lakin burada dinozavrlar üzrə mütəxəssis olmadığından Mançester Universitetindən paleontoloq çağırıblar. Məlum olub ki, skelet 10 metrlik ixtiozavra məxsusdur.

 

Əraziyə gələn mütəxəssis Din Lomaks tapıntını Britaniya tarixinin ən böyük kəşflərindən biri adlandırıb, çünki qalıqlar çox böyükdür və mükəmməl şəkildə qalıbdır. 2021-ci ilin iyulunda anbarda suyun səviyyəsi yenidən aşağı düşəndə ​​elm adamları qazıntılara başlayaraq lildən antik canlının başını çıxara biliblər.

 

Redinq Universitetindən Naycel Larkinin sözlərinə görə, tapıntı çox dəyərlidir, çünki bu vaxta qədər tapılmış ixtiozavrların skeletləri adətən kifayət qədər kövrək olurdu və alimlər nadir hallarda belə yaxşı qorunmuş qalıqlar əldə edə bilirlər.

 

Hazırda araşdırmalar davam edir və Ratlend qraflığının şurası ixtiozavrın skeletini bölgədə saxlamaq və geniş ictimaiyyətə nümayiş etdirmək üçün vəsait axtarır.

 

Qeyd edək ki, ixtiyozavrlar eramızdan 250-94 milyon il əvvəl yaşamış nəhəng sürünənlərdir. Onların uzunluğu 25 metrə qədər çata bilirdi. Xatırladaq ki, 2020-ci ildə Britaniyanın Somerset qraflığının Stolford şəhərinin sakininin təsadüfən ixtiozavr qalıqlarını aşkar etdiyi bildirilmişdi. Belə ki, kişi itlərini gəzdirərkən gözlənilməz tapıntı aşkar etmişdi.