Şoyqu Qarabağdan danışdı

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri vəziyyət tam sabitləşdikdən sonra Qazaxıstandakı missiyasını başa vuracaq”.

Modern.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O qeyd edib ki, qısa müddət ərzində — cəmi üç gün ərzində Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri şəxsi heyəti və texnikanı Qazaxıstana köçürüb.

“Bu, KTMT-yə üzv dövlətlərin silahlı qüvvələrinin birgə təlimlər nəticəsində əldə edilmiş yüksək koordinasiyası və hərəkətlərin səmərəliliyi, habelə Rusiya qoşunlarının Suriyada və Qarabağda sülhməramlı kontingentin yerləşdirilməsi zamanı əldə edilmiş təcrübə sayəsində mümkün olub”, — nazir bildirib.