Sabah Qazaxıstanın yeni hökumətinin ilk iclası keçiriləcək

Qazaxıstan hökumətinin yeni tərkibdə ilk iclası yanvarın 12-də keçiriləcək.

APA xəbər verir ki, bu barədə məlumatı Baş nazir Əlixan Smailovun mətbuat xidməti məlumat yayıb.

 

İclasda Prezident Kasım-Jomart Tokayevin parlamentdə çıxışı zamanı elan etdiyi islahatlar proqramı və ölkədəki sanitar-epidemioloji vəziyyət müzakirə olunacaq.

Hökumətin iclası televiziya vasitəsilə canlı yayımlanacaq.