Saakaşvili: “Bu növbəti işğaldır“

«Qazaxıstanda baş verənlər Rusiya Federasiyasının müstəqil bir dövlətə birbaşa silahlı müdaxiləsidir».

Yenisabah.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili deyib.

«Bu, eynilə 1956-cı ildə Macarıstan və 1968-ci ildə Çexoslovakiyaya həyata keçən sovet işğalı kimi idi. Qərbi tərəfsiz açıqlamalarla kifayətlənməməyə, Qazaxıstan xalqının tərəfini tutmağa çağırıram. Rusiyanın təcavüz aktlarının qarşısını almaq vacibdir», — deyə Saakaşvili vurğulayıb.