Prezident İlham Əliyev akademiki təltif edib

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Məmməd Əhəd oğlu Salmanov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

LAF TV.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, sabah — yanvarın 12-də M.Salmanovun 90 yaşı tamam olur.