Okean suları rekord həddə istiləşib

Çin və ABŞ alimləri 1950-ci illərdən bəri okean səthinin temperaturunun dəyişməsinin tendensiyaları və onların təsirləri haqqında hesabat dərc ediblər.

Axar.az xəbər verir ki, “Advances in Atmospheric Sciences” jurnalında dərc olunan hesabatda 2021-ci ildə okean sularının rekord həddə istiləşdiyi qeyd olunub.

“Bu hesabatda biz okean müşahidələrini 2021-ci ilə qədər yeniləmişik və əvvəlki məlumatları yenidən nəzərdən keçirmişik. Okeanın istiləşməsi durmadan artır və bu, antropogen iqlim dəyişikliyinin əsas göstəricisidir”, — hesabatın həmmüəlliflərindən olan Kolorado Universitetinin Atmosfer Araşdırmaları Milli Mərkəzinin professoru Kevin Tranbert bildirib.