Müdafiə Nazirliyi əhaliyə çağırış etdi

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə LAF TV.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

«Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur», — məlumatda qeyd edilib.