Fevrala kimi Yaponyaya giriş qadağandır

Yaponiya hökuməti əcnəbilərin ölkəyə girişinə qoyduğu qadağanı fevral ayına kimi uzadıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Baş nazir Fumio Kişida məlumat verib.

 

Son günlərdə koronavirusa yoluxanların sayı artdıqdan sonra Yaponiyada hökumət əlavə tədbirlər görüb.

 

İlk olaraq noyabrın 30-da tətbiq edilən qadağanın bir ay qüvvədə qalacağı bildirilib. Bundan əlavə hökumət “Omicron” mutasiyasına qarşı görülən sərt tədbirlərin davam etdirilməsi ilə bağlı qərarlar bu həftə açıqlanacaq.