DİN valideynlərə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.

DİN-dən LAF TV.az-a daxil olan müraciətdə deyilir:

«Uşaqlarınızın internet asılılığından xilas olması üçün aşağıdakılara əməl edin:

— övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;

— övladlarınızın suallarını cavabsız qoymayın, «işim var, məşğulam, sonra…» deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual «dost»lar axtaracaq;

— günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;

— övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;

— övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;

— övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.

Sağlam gələcək üçün sağlam övladlar yetişdirək!»