ATƏT ABŞ-ı Quantanamo həbsxanasını «mümkün qədər tez» bağlamağa çağırıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bir daha ABŞ hakimiyyətini Quantanamoda yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin həbsxanasını tez bir zamanda bağlamağa çağırıb.

Qurum Birləşmiş Ştatlar administrasiyasının 2021-ci ildə Quantanamodan bir məhbusun köçürülməsi və daha iki məhbusun azadlığa buraxılmasını alqışlayıb.

«Lakin biz hələ də lazım olan yerdə deyilik. Həbsxananı birdəfəlik bağlamaq üçün hələ çox iş görülməlidir», — büronun rəhbəri Matteo Mekaççi bildirib.

virtualaz.org