ABŞ son 30 ildə ilk dəfə Rusiyanı dinlədi

İlk dəfə olaraq Cenevrədə təhlükəsizlik zəmanətləri üzrə məsləhətləşmələr Rusiya və ABŞ üçün bərabər əsasda aparılıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

Kosaçev bildirib ki, uzun müddətdən sonra ilk dəfə olaraq iki güc arasında söhbət bərabər səviyyədə olub:

“Son üç onillikdə amerikalılar dünyanı özləri üçün elə qurublar ki, heç kim onlarla bərabər şərtlərlə danışa bilməyəcək, nə müttəfiqlər, nə rəqiblər, nə də əleyhdarlar. Amerikalılar onları qane etməyən söhbəti elə ilk cümlədə kəsirdilər və yanlış da olsa, öz həqiqətlərini çatdırmağa çalışırdılar. İndi amerikalılar dinləməli oldular. Çünki bu dəfə Rusiya ilk cümlədən mövzudan kənar istənilən söhbəti kəsmək niyyətində olduğunu qəti şəkildə bildirdi”.

O, Rusiyanın güzəştə getməsinin keçmişdə qaldığına diqqət çəkib:

«Bu qatar nəhayət getdi. Biz rəqibi küncə sıxışdırmırıq və onu mat etmirik. Amma biz artıq fiqurlarımızı könüllü və birtərəfli qaydada böyük şahmat taxtasından çıxarıb, hədiyyəli oyun oynamırıq. Gələcəkdə oyun ancaq bərabər əsasda ola bilər”.