Ərdoğan Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsini rəsmən təsdiq etdi

Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi rəsmən təsdiqlənib.

LAF TV.az Türkiyənin  “Rəsmi qəzet”inə istinadən xəbər verir ki, bununla bağlı sərəncamı Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Sərəncama əsasən səfir Serdar Kılıç Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.

Büyükelçi Serdar Kılıç'a özel görev

 

Qeyd edək ki, Serdar Kılıç Türkiyənin ABŞ-da səfiri olub.