Sudeyif İmamverdiyev: «Qazaxıstan bizə dərs olmalıdır»

Türküstanın ən güclü dövlətlərindən biri olan Qazaxıstan türk birliyinin yaranmasında fəal rol oynadı. Hadisələr türk dünyasına böyük zərbədir.

Axar.az xəbər verir ki, bunu Türk Ağsaqqalları Birliyinin (TAİB) Təşkilat Komitəsinin sədri, akademik Sudeyif İmamverdiyev “Yeni Akit”ə açıqlamasında deyib.

“Bu cür təxribatçı addımlar digər türk dövlətləri üçün təhlükə yaratsa da, ortaq mübarizəni zəruri edir. Biz bu prosesin nəticələrini yaxşı təhlil etməli və təhdidlərin qarşısını almaq üçün müvafiq fəaliyyət planları hazırlamalıyıq. Bununla belə, baş verənlərə görə ruhdan düşməməli və bunun başımıza gəlməsinə imkan verməməliyik. Əksinə, indi türk dövlətləri arasında inteqrasiyanı sürətləndirmək üçün çalışmalıyıq. Türk gəncləri və ziyalıları fəaliyyətlərini ikiqat artırmalıdırlar. Ağsaqqallar olaraq üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik”, — deyə S.İmamverdiyev bildirib.