Ryabkov: «NATO 1997-ci il sərhədlərinə qayıtmalıdır»

«NATO-nun ölkəmizi geri çəkməyi və onu ikinci dərəcəli dövlətə keçirməyi alınmayacaq. Hər şey keçmişdə qaldı. Ona görə də NATO 1997-ci il sərhədlərinə geri qayıtmalıdır.»

Yenisabah.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında qeyd edib.

1997-ci ilin mayında Rusiya və NATO Təsis Aktını imzalayıblar və burada onlar bir-birini düşmən hesab etmədiklərini və məsləhətləşmə, koordinasiya, birgə fəaliyyət mexanizmi yaratdıqlarını təsdiq ediblər.

Aktadan sonra isə 1999-cu ildə Macarıstan, Polşa və Çexiya, 2004-cü ildə Bolqarıstan, Latviya, Litva, Rumıniya, Slovakiya, Sloveniya və Estoniya, 2009-cu ildə Albaniya və Xorvatiya, 2017-ci ildə Monteneqro, 2020-ci ildə Şimali Makedoniya NATO-ya qoşulub.