Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Suren Papikyan arasında telefon danışığı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, nazirlər Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.

Onlar həmçinin Mərkəzi Asiya ölkəsindəki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.