KTMT sərhədləri yaxınlığında altı mindən çox yaraqlı cəmləşib

Tacikistan Prezidenti Emoməli Rahmon Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin cənub sərhədləri yaxınlığında – Əfqanıstanın şimal-şərqində 6 mindən çox yaraqlının olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Tacikistan Prezidenti bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının iclası zamanı deyib.

“Ümumiyyətlə, Tacikistanın kəşfiyyat xidmətlərinin məlumatına görə, KTMT-nin cənub sərhədləri ilə həmsərhəd, Əfqanıstanın şimal-şərq əyalətlərində terrorçular üçün düşərgələrin və təlim mərkəzlərinin sayı 40-dan çox, onların şəxsi heyətinin sayı 6 mindən artıqdır”, — deyə TASS Tacikistan Prezidentindən sitat gətirir.

Qeyd edək ki, oktyabrda Tacikistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Eşelon-2021”, “Axtarış-2021” və “Qarşılıqlı fəaliyyət-2021” adlı xüsusi təlimləri keçirilib. Təlimlərdə 4 mindən çox insan iştirak edib.