Danimarkanın hərbi kəşfiyyat rəisi həbs olunub

Danimarkanın hərbi kəşfiyyat rəisi Lars Findsen həbs olunub.

“Report” xəbər verir ki, bu barədə yerli TV2 telekanalı məlumat yayıb.

Bildirilib ki, o, məlumat sızdırılması işi üzrə məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, 2020-ci ilin avqust ayında Danimarkada hərbi kəşfiyyatın rəisi Lars Findsen və bu idarənin daha iki yüksəkrütbəli məmuru məlumatları gizlətməkdə və qanunsuz müşahidə aparmaqda şübhəli olduqları üçün müvəqqəti olaraq xidmətdən kənarlaşdırılmışdılar. Daxili yoxlama nəticəsində 2014-2020-ci illərdə aparılan əməliyyatlarla bağlı dindirilərkən Findsenin vacib məlumatları gizlətdiyi və rəsmilərə yalan məlumat verdiyi ortaya çıxıb. Bundan əlavə, onun icazəsiz şəkildə Danimarka vətəndaşları haqqında məlumat topladığı məlum olub.