ATƏT sədri və Qazaxıstan XİN rəhbəri arasında telefon danışığı olub

ATƏT-in fəaliyyətdə olan sədri, Polşa xarici işlər naziri Zbiqnev Rau və Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə ATƏT sədri «Twitter»də bildirib.

 

«Xarici işlər naziri Muxtar Tileuberdi ilə telefon danışığımın mövzusu Qazaxıstandakı vəziyyət idi. ATƏT sədri kimi mən ATƏT-in öhdəliklərinin, o cümlədən insan haqları ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğuladım», Polşa XİN rəhbəri bildirib.