​​​​Arvadını amansızlıqla qətlə yetirən şəxsin ittihamı ağırlaşdırılıb

Bakıda arvadını amansızlıqla qətlə yetirən şəxsə qarşı ittiham ağırlaşdırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən LAF TV.az-a verilən məlumata görə, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsindən həmin Məcəllənin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsinə tövsif edilib.

 

Hazırda istintaq davam edir.

Qeyd edək ki, Xətai Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilib ki, yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluguna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı N. Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Nahidə Həsənovanın əvvəllər «Lider» Televiziyasında texniki şöbədə işlədiyi də məlum olub.