Suriyada ABŞ bazası raket atəşinə tutuldu

Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətindəki ABŞ bazası raket atəşinə tutulub.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriyanın “Əl-Vatan” nəşri məlumat yayıb.

 

Qəzetin Deyr əz-Zor əyalətindəki mənbələri ABŞ qüvvələrinin “Ömər” neft yatağı yaxınlığındakı bazasının raket atəşinə tutulduğunu və tüstü qatının göründüyünü bildiriblər.