Polşa Belarusu təhdid etdi

Sərhəddə vəziyyət normallaşmazsa, Belarusa yeni sanksiyalarla bağlı Polşa Avropa Birliyinə təkliflər verəcək.

 

Axar.az xəbər verir ki, bu sözləri Polşa Baş naziri Mateuş Moravetski Vişeqrad qrupuna daxil olan ölkələrin başçıları ilə görüşündən sonra deyib.

 

“Bilirik ki, Belarus iqtisadi sanksiya, blokadadan ehtiyat edir. Hazırda gərginlik yoxdur, tunelin sonunda işıq görürük. Lakin Minsk və Moskva sərhəddə vəziyyəti gərginləşdirməyə davam etsə, biz Avropa komissiyasına yeni həll yolları təklif etməkdən çəkinməyəcəyik”, — deyə baş nazir bildirib.