Merkel Ukraynaya silah verməkdən şəxsən imtina edib

Almaniyanın keçmiş kansleri Angela Merkel NATO vasitəsilə Ukraynaya silah tədarükünün qarşısını şəxsən alıb. Bu barədə “Bild” mənbələrinə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, may ayında Almaniya veto hüququndan istifadə edərək, artıq Ukrayna tərəfindən ödənilmiş Amerika “Barrett” tüfəngləri və Litvanın pilotsuz təyyarələrə qarşı tüfənglərinin tədarükünə mane olub. Eyni zamanda Merkel hökuməti “Almaniya satışın yeganə rəqibidir” təəssüratı yaratmamaq üçün Niderland hökümətini də öz qərarını dəstəkləməyə məcbur edib”, — deyə mənbə bildirib.

Bildirilir ki, avqust ayında Ukrayna prezidenti Vladimir Zelenski Merkelin Kiyevə səfəri zamanı şəxsən ondan tədarükün həyata keçirilməsinə qoyulmuş vetonu aradan qaldırmağı xahiş edib. Lakin kansler sərt şəkildə deyib ki, “bundan söhbət gedə bilməz”.

Berlin yalnız noyabrın sonunda Ukraynaya dron əleyhinə tüfənglərin tədarükü ilə bağlı vetonu ləğv edib. Amerika tüfənglərinin tədarükü isə hələ də əngəllənir.

virtualaz.org