İrandakı səfir Astaraçay üzərində tikiləcək körpüdən danışdı

Astaraçay üzərində körpünün inşaatına yaxın gələcəkdə başlanacaq.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.

 

«İran və Azərbaycan arasında keçiriləcək növbəti görüşlərdə Astaraçay üzərində piyadalar və avtomobillər üçün körpülərin tikiləcəyi yer haqqında müzakirə aparılacaq.»

 

Səfir bildirib ki, əldə olunmuş ilkin razılığa əsasın körpünün tikintisinə yaxın gələcəkdə başlanacaq: «Bu körpü İran və Azərbaycan arasında avtomobillərin gediş-gəlişini asanlaşdıracaq.»

 

Azərbaycan və İran prezidentlərinin Aşqabadda səmimi görüşündən danışan Ə.Əlizadə qeyd edib ki, görüş iki ölkə arasında əlaqələri daha da inkişaf etdirəcək. Prezidentlər hər iki ölkənin səfirlərinə bu sahədə tövsiyələr veriblər