ABŞ-da koronavirusa yoluxanların sayı 50 milyonu ötüb

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 50,1 milyon nəfər çatıb.

APA-nın xəbərinə görə, bu rəqəm Con Hopkins Universitetinin gündəlik statistikasında yer alır.

Universitetin məlumatına görə, indiyədək xəstəlikdən 798 710 nəfər dünyasını dəyişib. Dekabrdan etibarən günlük yoluxma halları 100 min nəfəri keçir. Bu da son 2 ayda ən yüksək göstəricidir. Yoluxma sayı 25 noyabrda keçirilən Şükranlıq bayramından sonra daha kəskin formada artıb.