Ərdoğan hökumət üzvləri ilə 5 saat qapalı görüş keçirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu və xəzinə və maliyyə naziri Nurəddin Nəbati ilə görüşüb.

 

Modern.az-ın məlumatına görə, İstanbulun Üsküdar rayonunda yerləşən prezident iqamətgahında saat 15:00-da başlayan görüş 5 saata yaxın davam edib.

 

Görüş bağlı qapılar arxasında baş tutub.