Ukraynanın güc strukturları Belarusla sərhəddə xüsusi əməliyyat həyata keçirməyə başlayıblar.

Ukraynanın güc strukturları Belarusla sərhəddə xüsusi əməliyyat həyata keçirməyə başlayıblar.

“Qafqazinfo” Ukraynanın Sərhəd Xidmətinə istinadən xəbər verir ki, əməliyyatın əsas məqsədi miqrasiya böhranının qarşısını almaqdır.

Sözügedən əməliyyata sərhədçilər ilə yanaşı, milli polis və qvardiya əməkdaşları, eləcə də Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri cəlb olunub.

Bundan əlavə, sərhəddə hava qüvvələri və pilotsuz uçuş aparatları tərəfindən patrul fəaliyyətləri də həyata keçiriləcək.

Xidmət qeyd edib ki, bu qərar Ukrayna rəhbərliyi tərəfindən ölkə sərhədinin qorunması və miqrasiya böhranının qarşısının alınması çərçivəsində qəbul edilib.

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərinin birinci müavini Vladimir Nikiforenkonun sözlərinə görə, miqrant axınının Ukraynaya yönləndirilməsi ehtimalı var.