Spiker: «XİN-lə Milli Məclis arasında yaxın əməkdaşlıq qurulub»

“Artıq Xarici İşlər Nazirliyi ilə Milli Məclis arasında əlaqələr qurulub”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. Sədrin sözlərinə görə, əvvəllər ola bilər ki, bu əlaqələr olmayıb:

 

“Amma artıq XİN-lə Milli Məclis arasında yaxın əməkdaşlıq qurulub. Səfirliklərin özünün Milli Məclisi məlumatlandırmasına gəlincə, artıq bəzi səfirlərdən Milli Məclisə məlumatlar gəlir. Ancaq XİN-dən hər həftə Milli Məclisə yeni məlumatlar daxil olur”.