Qusarda qumbara və xeyli sursat aşkarlandı

Qusar rayonu ərazisindən kolluq sahədə xeyli sayda sursat aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LAF TV.az-a verilən məlumata görə, polis işçiləri rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.