Eynşteynin dəftəri 13 milyon dollara satıldı

Məşhur alim Albert Eynşteynin nisbilik nəzəriyyəsi ilə bağlı qeydlərinin olduğu dəftər hərraca çıxarılıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dəftər hərracda 13 milyon dollara satılıb.

Fizikə məxsus əlyazma Fransanın paytaxtı Parisdəki “Christie’s” Hərrac Evində keçirilən hərracda alıcı tapıb.

Yarısı Eynşteyn tərəfindən yazılmış 54 səhifəlik dəftər naviqasiya kimi texnologiyaların təməlini qoyan nəzəriyyəyə dair qeydləri ehtiva edən iki sənəddən biridir.