Ermənilər Gorus-Qafan yolunda yeni marşrut açır

Azərbaycan Silahlı Qüvvələrinin Gorus-Qafan yolundakı postu ilə əlaqədar erməni kəndləri istiqamətində iki yeni marşrut xətti istifadəyə verilib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Verilən məlumata görə, Qafan istiqamətindəki marşrutlar noyabrın 24-dən etibarən fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Gorus-Qafan yolunda gömrük məntəqələri yaratdıqdan sonra erməni kəndlərinin sakinləri şikayətlənərək, gediş-gəlişin çətinləşdiyini bildiriblər.