Azərbaycanda rektor və direktor vəzifəsində işləyən qadınların sayı açıqlanıb

Azərbaycanda qadınların dövlət qurumlarında təmsilçiliyi ilə bağlı statistika açıqlanıb.

«Report» xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov ölkədə 93 hakimin qadın olduğunu bildirib.

O qeyd edib ki, yerli icra hakimiyyəti başçılarının müavinlərindən 72-si qadındır: «Eyni zamanda 8 nazir müavini qadın, yerli icra başçılarından isə ikisi — Abşeron və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun icra başçıları qadındır».

«2020-2021-ci tədris ilinin əvvəlinə olan statistikaya əsasən, Azərbaycanda 8 qadın ali təhsil müəssisəsinin rektoru, 15 qadın kollec direktoru, 9 nəfər peşə təhsili müəssisələrinin direktoru, 1345 qadın isə məktəb direktoru vəzifəsində çalışır», — E.Səfərov əlavə edib.