Angela Merkel Almaniyada epidemioloji vəziyyətin pisləşməsindən narahatdır

Almaniya kansleri səlahiyyətlərini icra edən Angela Merkel ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar narahatlığını ifadə edib.

APA-nın xəbərinə görə, Xristian Demokrat Birliyi partiyasının iclasında çıxış edən Merkel hazırkı tədbirlərin pandemiyanın yeni dalğasının qarşısını almaq üçün yetərli olmadığnı vurğulayıb.

Angela Merkel yenidən ölkədə vaksinasiya tempinin sürətlənməsinə çağırış edib. Səhiyyə naziri Yens Şpan isə bəzi xəstəxanalarda çox çətin vəziyyət yarandığını bildirib. Hazırda ölkədə 500 mindən çox aktiv koronavirus xəstəsinin olduğu bildirilir. Ölkədə ardıcıl olaraq 17 gündür yoluxma sayı artır.