Tehranda çirkli hava 1 ildə 3 751 nəfərin ölümünə səbəb olub

İranın paytaxtı Tehranda havanın çirklənməsinin bir il ərzində minlərlə insanın ölümünə səbəb olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin Hava Təmizliyi və İqlim Dəyişikliyi İdarəsinin rəisi Abbas Şahsuni İSNA agentliyinə açıqlamasında havanın çirklənməsinin yaratdığı problemlər barədə danışarkən bildirib.

Abbas Şahsuni qeyd edib ki, ötən il Tehranda havanın çirkli olması səbəbindən 3 751 nəfər ölüb. O, bu problemin hər il baş verdiyini və təmiz hava ilə bağlı qanununun tələblərinin həyata keçirilmədiyini bildirib.

Şahsuni köhnə və dizel mühərrikli avtomobillərin, motosikletlərin və digər yanacaq növləri arasında üstünlük təşkil etdiyini deyib. Mütəxəssis qeyd edib ki, havanın ən çox çirklənməsinə də bu nəqliyyat vasitələri səbəb olur.