Konqo Demokratik Respublikasında 100-dən çox insan silahlıların qurbanı oldu

Konqo Demokratik Respublikasında (KDR) silahlıların kəndlərə hücumları nəticəsində onlarla insan öldürülüb. Bu barədə xarici KİV-lər xəbər verir.

TASS agentliyinin məlumatına görə, ölkənin şərqindəki İturi əyalətininin yaşayış məntəqələrində naməlum silahlı şəxslər yüzdən çox dinc sakini qətlə yetiriblər. Hazırda ölkə səlahiyyətliləri hücumları təşkil edən cinayətkar qrup haqqında məlumatı açıqlamır.

Həmçinin qeyd olunur ki, sentyabrın 29-da Konqo Demokratik Respublikasında cadugərlik ittihamı ilə 8 qadın diri-diri yandırılıb. Ümumilikdə, 2021-ci ilin iyun-sentyabr ayları arasında 300-dən çox qadın cadugərlikdə ittiham olunub. Ekspertlər baş verənlərə görə tədbir görmək istəməyən ölkə rəhbərliyini günahlandırıblar.

virtualaz.org