İsraildə uşaqların peyvəndlənməsinə başlanılıb

İsraildə bu gündən etibarən rəsmi olaraq 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvəndlənməsinə başlanılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə, dünən 440-dək uşaq peyvənd olunub, bu günə isə 24 min uşaq (sözügedən yaş qrupunun 2,5 faizi) bron edilib. O cümlədən Baş nazir Naftali Bennetin oğlu Davidə də günorta saatlarında iynə vurulacağı gözlənilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək ölkədə 6,26 milyon nəfərə birinci doza, 5,76 milyon insana ikinci doza, 4,1 milyon nəfərə üçüncü doza dərman vurulub.

Xatırladaq ki, 12 yaşdan yuxarı yeniyetmələrin peyvəndlənməsinə iyun ayında start verilmişdi.