Bakıdakı «Kiosk Press”lərin rəhbəri dəyişdirildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov «Yeraltı Keçidlər üzrə Ticarət Birliyi”nə yeni rəis təyin edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə Bakı şəhər Ticarət və Xidmət Departamentinin «Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə Elşad Səfərov rəis təyin olunub.

Elşad Səfərov Bakının bir sıra rayonlarını əhatə edən «Kiosk Press” adlandırılan köşklərə də rəhbərlik edəcək.

O, bundan əvvəl Vergilər Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Bakı şəhər Ticarət və Xidmət Departamentinin «Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin əvvəlki rəisi Seymur Mədətov isə vəzifəsindən kənarlaşdırılıb.