Eynşteynin əlyazmaları satışa çıxarılır

Böyük fizik Albert Eynşteynin əlyazması çərşənbə axşamı günü hərraca çıxarılacaq.

APA-nın xəbərinə görə, hərrac parisdəki məşhur Aqut hərrac evində keçiriləcək.

 

Təşkilatçıların sözlərinə görə, söhbət fizikin indiyədək məlum olmayan 54 səhifəlik əlyazmalarından gedir. Sənəd sırf təsadüf nəticəsində dövrümüzə gəlib çatıb. Bu həm də böyük fizikin iş sənədlərini qorumağa ciddi əhəmiyyət vermədiyini göstərir.