Bayden ABŞ-da ikinci dəfə prezident seçilmək istəyir

ABŞ-ın hazırkı prezidenti Co Bayden reytinqinin tarixi minimuma düşməsinə baxmayaraq, 2024-cü il prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

 

Xatırladaq ki, Kvinnipeksk Universitetinin son sorğusuna əsasən, amerikalıların ancaq 36 faizi ABŞ prezidenti Co Baydenin fəaliyyətini bəyənir.

 

Ekspertlərin fikrincə, demokratların çoxu növbəti seçkilərdə 82 yaşı olacaq Baydeni deyil, 57 yaşlı hazırki vitse-prezident Harrisi dəstəkləyəcəklər.