Sahil Babayevin koronavirusa yoluxması xəbəri yayıldı

Sosial şəbəkələrdə və bəzi KİV-lərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb.

 

Xəbərdə qeyd edilib ki, nazir xəstəlik səbəbilə Milli Məclisdə keçirilən büdcə müzakirələrində iştirak edə bilməyib.

 

 

Modern.az saytı xəbəri dəqiqləşdirmək üçün nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovla əlaqə saxlayıb.

 

 

F.Talıbov sualın nazirliyin fəaliyyəti ilə bağlı olmadığını əsas gətirərək, cavab verməyi məqsədəuyğun hesab etmədiyini bildirib.