İranda etiraz aksiyası keçirilib

İsfahanda əkinçilər etiraz aksiyası keçirib.

APA-nın Tehran bürosunun məlumatına görə, əyalət kəndlərindən toplaşmış çox sayda əkinçi və İsfahan şəhərinin əhalisi aksiyada Zayəndərud çayının qurumasını pisləyib.

İranda sel daşqınlarında iki nəfər ölüb
İranda ötən sutkada 178 nəfər COVID-19-dan ölüb
Ərdoğan: “Məqsəd Cənubi Qafqazda daimi sülhü bərpa etməkdir”
Etirazçılar məsul şəxslərdən çayın qurumasının qarşısının alınması üçün üçün işlər görülməsini tələb ediblər. Onlar həmçinin əkinlərin su çatışmazlığından əziyyət çəkdiyini və bunun üçün tədbir görülməsini tələb ediblər.

İsfahan şəhərinin mərkəzində yerləşən «Xacu» körpüsünün yanında toplanan etirazçılar «Mənim suyum hanı?» şüarı səsləndiriblər.