Ermənistanda etirazçılar əhalinin silahlandırılmasını tələb edir

Bu gün Ermənistan Müdafiə Nazirliyinin yaxınlığında aksiya keçirilib. Ermənistan KİV-lərinin yaydığı məlumata görə, “Milli Demokrat Partiyası”nın nümayəndələri Zəngəzur bölgəsində yerləşən əhalinin silahlandırılmasını tələb edirlər. Onlar həmçinin sərhəddə baş verən hadisələrə aydınlıq gətirilməsini istəyir. 

Biz Sünik sərhəd zonasının əhalisinin silahlı və mütəşəkkil olmasını tələb edirik. Dövlət baş verənlərə qarşı heç bir adekvat tədbir görmür“, – deyə etirazçılar bildirib.