ABŞ Rusiyanın ən böyük gizli silah alıcısıdır

Bu ilin ilk 8 ayında Rusiyadan ən çox silah alan ölkə Əlcəzair olub. Bu ölkə Rusiyadan 1 milyard dollar dəyərində müdafiə məhsulu alıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin hesabatında bildirilib.

Məlumata görə, Rusiyadan ən çox silah alan ölkələr arasında ABŞ 2-ci yerdədir. Lakin onun nə qədər və hansı məhsulları aldığı gizli saxlanılıb.

Rusiyalı hərbi ekspertlər isə ABŞ-ın ən çox raket mühərrikləri, “Kalaşnikov” avtomatları və tank əleyhinə silahları Rusiyadan aldığını bildiriblər.

ABŞ, həmçinin hər il Rusiya istehsalı olan milyonlarla güllə idxal edir.