Türkiyə ordusu 5 terrorçunu məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçuların mövqeyinə zərbə endirib.

LAF TV.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında yazıb.

«Türkiyə Silahlı Qüvvələri və MİT-in koordinasiyalı fəaliyyəti nəticəsində İraqın şimalındakı Hakurk bölgəsində 5 PKK terrorçusu PUA-larımız tərəfindən həyata keçirilən əməliyyatla zərərsizləşdirilib», — məlumatda bildirilib.