Ermənistanın müdafiə naziri ilə Rüstəm Muradov arasında görüş baş tutub

Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə “news.am” saytı məlumat yayıb. Sayt yazır ki, Müdafiə Nazirliyi bir erməni hərbçinin meyitinin gətirildiyini təsdiq edib.

 

Qeyd edək ki, Ötən gecə Rusiya general-leytenant Rüstəm Muradov Bakıya gəlib və dərhal sonra onu İrəvana yola düşüb. KİV-lərin məlumatına görə Muradov özü ilə bir erməni hərbçisinin cəsədini aparıb.