Ermənistan Fransa və ABŞ sülhməramlılarını regiona gətirmək istəyir

Ermənistanın xarici ölkə və beynəlxalq təşkilatlara müraciətlərində qorxaqlıq, acizlik, yaltaqlıq və şantaj əlamətləri var. Bu baxımdan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması Rusiyanı şantaj etmək cəhdidir.

 

Bəs Rusiyanın mövqeyi nə yöndədir?

 

“Üçtərəfli atəşkəs sazişinin ildönümü və sülh danışıqları prosesinin başlanmasına az qalmış Qarabağda təxribatların nəzərəçarpacaq dərəcədə tez-tez baş verməsi Ermənistan tərəfinin əvvəlcədən planlaşdırdığı oyundur”.

 

Bu sözləri Modern.az-a açıqlamasında rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib.

 

Onun sözlərinə görə, Ermənistan təxribatlar fonunda kənarda qalan Fransa və ABŞ-ın sülhməramlı qüvvələrini regiona gətirmək istəyir:

 

“Rusiya gedən proseslərin fonunu mükəmməl başa düşür və müəyyən məyusedici nəticələr çıxarır. İlk növbədə, İrəvanda anti-Rusiya əhval-ruhiyyəsi düşünülmüş şəkildə gücləndirilib. Bu da kənardan aktiv şəkildə qızışdırılır. Yəni absurd bir vəziyyət ortaya çıxır. Onları yedizdiririk, xilas edirik, amma yenə deyirlər ki, Rusiya pisdir”.