DİM : «Bu il 1 000-dən çox IX və XI sinif məzunu buraxılış imtahanında iştirak etməyib»

2020/2021-ci tədris ili üzrə buraxılış imtahanlarında iştirak etməyən ümumtəhsil müəssislərində təhsil alan IX və XI sinif məzunların sayı məlum olub.

Dövlət İmtahan Mərkəzindən (DİM) LAF TV.az-a bildirilib ki, IX sinif üzrə 862, XI sinif üzrə isə 147 məzun buraxılış imtahanlarından azad olunub.

Buraxılış imtahanlarından müxtəlif səbəblərdən azad olunan 862 9-cu sinif məzunundan 848-nin, 11-ci sinif məzunlarının isə hamısının yekun attestasiyası aparılıb.

Qeyd edək ki, bu il ümumtəhsil müəssisələrində 220 359 nəfər məzun təhsil alıb.