Ann Linde ilə Ceyhun Bayramov arasında telefon danışığı olub- Regiondakı son vəziyyət müzakirə olunub

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

 

LAF TV.az  xəbər verir ki, bu barədə Ann Linde tviter hesabında yazıb.

Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.

“Mən de-eskalasiya prosesinə davam etməyə çağırdım. Minsk Qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, — ATƏT sədri bildirib.