Zaxarova: “Rusiya ikitərəfli və KTMT üzrə öhdəliklərinə ciddi yanaşır”

“Rusiya öz ikitərəfli və çoxtərəfli öhdəliklərinə ciddi yanaşır”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Ermənistan ilə ikitərəfli və Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində götürdüyü öhdəliklərlə bağlı suala cavabında bildirib.

 

“İkitərəfli xətlə müvafiq məsləhətləşmələr aparılır. O ki qaldı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öhdəliklərə, bizdə olan məlumata görə, KTMT-də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət diqqətlə izlənilir”.